Bütün Donbas Rusiyanındır Putinin köməkçisi

12.12.2025

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Rusiyanın ərazisi olan Donbasda nə Rusiyadan, nə də Ukraynadan hərbçilərin olma ehtimalı var, bölgədə ancaq Milli Qvardiya, polis və asayişi qorumaq üçün lazım olan hər şey olacaq.

"Yeni Sabah" "Kommersant"-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.

Rusiya prezidentinin köməkçisi Zelenskinin Donbasın Ukraynanın nəzarətində olan hissəsində referendum keçirmək təklifini şərh edərkən bildirib ki, bütün region Rusiyanındır.

“İstənilən halda, nəticə necə olursa-olsun, bu ərazi Rusiya Federasiyasınındır və o, bizim administrasiyaların nəzarəti altında olacaq”, - deyə Uşakov vurğulayıb.

O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropadakı danışıqlarda məqsədi Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanmasına dair ABŞ sənədlərinə Rusiya üçün qəbuledilməz təkliflər daxil etməkdir.

"Hazırda ABŞ ukraynalılar və bir sıra Avropa ölkələrinin aparıcı nümayəndələri ilə sənədlər üzərində iş aparır. Onları hələ görməmişik, lakin çətin ki, bu şərhlər müsbət olsun”, - deyə Uşakov vurğulayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью