Bütün dövrlərin ən yüksək maaşlı idmançıları açıqlandı KONKRET

22.04.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Keçmiş basketbolçu Maykl Cordan bütün dövrlərin ən yüksəkmaaşlı idmançılarının reytinqində birinci yeri tutub.

KONKRET.az xəbər verir ki, reytinqi “Sportico” portalı hazırlayıb.

Reytinq hazırlanarkən təkcə müqavilələr deyil, həm də bonus, pul mükafatları, reklamlar və s.-dən əldə edilən gəlirlər hesablanıb.

M.Cordanın gəliri 4,15 milyard dollar təşkil edib. İkinci yerdə qərarlaşan qolfçu Tayqer Vuds 2,79 milyard dollar qazanıb.

İlk üçlüyü isə 2,23 milyard dollarla portuqaliyalı futbolçu Kriştianu Ronaldu tamamlayır.//Oxu.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью