Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin görüşü ilə bağlı məlumatlar bütün dünya gündəmini zəbt edib.
Həmçinin bütün dünyanın diqqəti məhz bu münasibətlərdədir. Görüşün gözləntiləri ilə bağlı çoxlu fikirlər və mövqelər səsləndirilir.
Təbii ki, bu dünyanın ən güclü, nəhəng və fövqəl güc sahibi olan dövləti ABŞ ilə artıq üç ildir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynada bütün Qərblə müharibə aparan Rusiya dövlətinin müharibə başladıqdan sonra ilk real təması olacaq.
Çünki bundan öncə, xüsusilə Donald Trampın sələfi olan Co Baydenin Adminstrasiyası özü Rusiyaya qarşı çox qəzəbli və hiddətli idi və nəzərə alaq ki, Co Bayden Putini cinayətkar adlandırırdı.
Onların bu mövqeləri təbii ki, Rusiya-ABŞ təmaslarını istisna edirdi”.
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, müharibə getdiyi üç il ərzində Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edilib: “Sanksiyaların əsas təşəbbüskarlarından biri elə Amerikanın özü idi.