Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünyanı təhdid edən ərzaq böhranı və 2027-ci ildə gözlənilən kəskin inflyasiya xəbərdarlığı daxili bazardan da yan keçməyəcək. Nüfuzlu "JPMorgan" bankının analitikləri qlobal ərzaq təhlükəsizliyi ilə bağlı risklərin kəskin artdığını bəyan ediblər. Qeyd olunub ki, gübrə təchizatındakı axsamalar, enerjinin baha olması və hava şəraiti gələn ildən başlayaraq ərzaq bazarında ciddi problemlər yaradacaq.
Bu amillər 2027-ci ildə Azərbaycanda ərzaq qiymətlərinə necə təsir edə bilər?
İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycan üçün əsas təhlükə ondan ibarətdir ki, biz qlobal qiymət şoklarını yalnız xaricdən qəbul etmirik, həmin bahalaşma ölkəyə daxil olduqdan sonra onun üzərinə daxili vergi-gömrük və logistika xərcləri də əlavə olunur:
“Yəni inflyasiyanın böyük hissəsi məhsul mağazaya çatanda deyil, faktiki olaraq “gömrük qapısında” formalaşdırılır.
İdxal olunan məhsulun xarici qiyməti yüksəlirsə, onun üzərinə gömrük rüsumu, idxal ƏDV-si və digər xərclər gəlir, daha sonra isə logistika, topdansatış və pərakəndə marjaları əlavə olunur. Beləliklə, dünya bazarındakı 1 manatlıq bahalaşma daxili bazarda 1 manatdan daha böyük qiymət artımına çevrilə bilər. Buna görə inflyasiya ilə mübarizədə gömrük qapısında formalaşan fiskal yükü nəzərə almadan tam mənzərəni görmək mümkün deyil. Xüsusilə sosial əhəmiyyətli ərzaq məhsullarında qlobal qiymət şoku baş verəcəksə, dövlətin tarif və vergi siyasəti istehlakçıya ötürülən son qiymətin formalaşmasında mühüm rol oynayacaq”.
İqtisadçı qeyd edib ki, 2027-ci ildə ən böyük risk yalnız taxılın bahalaşması deyil, kənd təsərrüfatının bütün xərc strukturunun eyni vaxtda pisləşməsidir:
“Gübrə bahalaşırsa, fermerin maya dəyəri artır. Yanacaq bahalaşırsa, texnika və logistika xərcləri yüksəlir. Yem bahalaşırsa, ət, süd və yumurta istehsalının maya dəyəri artır. Məhsuldarlıq da aşağı düşərsə, bazarda həm xərc, həm də təklif şoku yaranır. FAO da hazırda geosiyasi gərginlik, gübrə və dizel çatışmazlığı və ekstremal hava şəraitinin 2026-cı ilin sonundan 2027-ci ilə doğru ərzaq qiymətlərinə təzyiq göstərə biləcəyini bildirir. Azərbaycanın hazırkı qiymət dinamikası da bu riski diqqətdən kənarda qoymağa imkan vermir.
Dövlət Statistika Komitəsinin məlumatlarında 2026-cı ilin yanvar–iyul aylarında istehlak qiymətləri indeksinin illik artımı 5,7 faiz göstərilir. Buna görə 2027-ci ildə xarici ərzaq şoklarının daxili bazara ötürülməsini azaltmaq üçün gömrük-vergi alətlərindən çevik istifadə, strateji ərzaq və gübrə ehtiyatlarının qabaqcadan formalaşdırılması, idxal mənbələrinin şaxələndirilməsi və yerli istehsalçının xərclərinin azaldılması paralel şəkildə həyata keçirilməlidir.
Burada əsas prinsip çox sadədir. Qlobal bazarda ərzaq bahalaşdığı halda, dövlət həmin bahalaşmanı avtomatik olaraq Azərbaycan istehlakçısının üzərinə ötürməməlidir. Əgər kritik ərzaq və kənd təsərrüfatı məhsullarında dünya qiymətləri kəskin yüksəlirsə, müəyyən dövr üçün gömrük və vergi yükünün optimallaşdırılması, ehtiyatlardan istifadə və alternativ idxal kanallarının işə salınması mümkündür.
Əks halda, xaricdə yaranan qiymət şoku ölkəyə daxil olduqdan sonra gömrük, logistika və ticarət zənciri boyunca daha da böyüyərək vətəndaşın ərzaq səbətinə çatacaq. 2027-ci ildə ərzaq təhlükəsizliyi yalnız kənd təsərrüfatında nə qədər məhsul istehsal etdiyimizlə ölçülməyəcək. Əsas məsələ həm də həmin məhsulun ölkəyə hansı qiymətlə daxil olması və qlobal bahalaşmanın nə qədərinin istehlakçıya ötürülməsidir. Ona görə də inflyasiya ilə mübarizə supermarketdə başlamamalıdır. Onun mühüm hissəsi elə gömrük mərhələsində idarə olunmalıdır”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bu amillər 2027-ci ildə Azərbaycanda ərzaq qiymətlərinə necə təsir edə bilər?