Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ bütün Hörmüz boğazı bölgəsinə tam nəzarət edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib: "Bildiyiniz kimi, sərhədə tam nəzarət edirik. Blokadaya baxsanız, Hörmüz boğazı ilə əlaqəli bütün bölgəyə tam nəzarət edirik və bu o deməkdir ki, nəzarətimiz quru ərazilərin dərinliklərinə qədər uzanır".
O, daha ətraflı məlumat verməyib.