Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan futbolunda son vaxtlar uğurlu anlar müşahidə olunur.
Doğrudur, Qarabağ və Liverpul oyunu 6-0 məğlubiyyətlə nəticələnsə də, izləyicilərin böyük qismi buna pis yanaşmayıb, hətta Qarabağa, Qurban Qurbanova təşəkkür ediblər.
İctimai-siyasi adamlar da həm oyuna, həm də digər məsələlərə münasibət bildirir.
Belə ki, başqa xəbərlərdə idman gündəmində yer alır.
“Elvin Cəfərquliyev Çempionlar Liqasında həftənin rəmzi yığmasında yer alıb. Bəhlul Mustafazadə “Ayntraxt” ilə oyunun sonuncu saniyələrində vurduğu fantastik qolla tarixə düşüb. Bu iki parlaq nümunə onu göstərir ki, özümüzün potensialı çox güclüdür. Sadəcə uşaq futboluna diqqəti artırmalıyıq”.
Bu sözləri Gununsesi.info-ya eks-deputat Etibar Əliyev bildirib.
O qeyd edib ki, özümüzün vurduğu qol daha möhtəşəm görsənir.
Etibar Əliyev o cümlədən deyib:
“Azərbaycanda istedadlı uşaqlar saysız- hesabsızdır. Təəssüflər olsun ki, onların idmana, elmə və sənətə maraqlarını vaxtında oyada bilmirik. Bəlkə də, minlərlə istedadlı və dahilik keyfiyyətinə malik olan uşaqları elmdən azdırmışıq. Elə bir dövrə gəlib çatmışıq ki, bütün istedadlılar mütləq qayğı ilə əhatə olunmalıdır”.
Maqsud