525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Dərslərin başlanması və Formula 1 yarışlarının da həmin vaxta təsadüf etməsi və üstəlik metrodakı mövcud vəziyyət tıxata səbəb olacaq. Amma aidiyyatı qurumlar tərəfindən bu son neçə ayda böyük işlər görülüb. Hazırda 150 yeni avtobus xəttə çıxmaq üçün gözləyir. Yəni, hansı istiqamətdə sıxlıq, tələbat yaranacaqsa, o istiqamətə həmin avtobuslar yönləndiriləcək”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bunu 525.az-a söyləyib. Onun dediyinə görə, tıxacın qarşısı almaq üçün müvafiq işlər görülür:
“Rəhbərlik tərəfindən müvafiq göstərişlər, təlimatlar verilib. Bütün istiqamətlərdə təhlillər aparılır. Hesab eləyirəm ki, vaxtında və çevik reaksiya nəticəsində çox da ağır bir mənzərənin şahidi olmayacağıq. Məhəllədaxili yollardan alternativ yol kimi istifadə oluna bilər. Lakin, məhəllədaxili yollarda restoranlar, kafelər, avtoyuma məntəqələri,servislər yolları zəbt edir. Bu isə maşın və insanların həmin yollardan istifadəsini çətinləşdirir”.
Sevinc Qarayeva