Bütün kameraların tuşlandığı Leman ilk oyununa çıxdı VİDEO

27.01.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin “Lester Siti” klubunun futbolçusu Alişa Leman yeni komandasında debüt edib.

İdman.Biz xəbər verir ki, isveçrəli futbolçunun “Lester”in heyətində ilk oyunu İngiltərə mediasının böyük marağına səbəb olub.

Qarşılaşma zamanı demək olar ki, bütün yerli televiziya operatorları və fotoqraflar diqqəti Lemanın üzərində cəmləyib.

Alişa Leman oyunun ikinci hissəsində meydana daxil olaraq əvəzetmədən çıxış etsə də, komandası üçün məğlubiyyətdən qaçmağa kömək edə bilməyib. “Lester” ev oyununda “Vest Hem”ə uduzub.

Xatırladaq ki, bir müddət əvvəl Lehman qadın və kişi futbolu arasındakı maaş fərqi ilə bağlı açıqlama verərək etiraz etmişdi.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью