Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qarsın Selim rayonuna bağlı Koşapınar kəndində axırdan qaçan bir inəyi tapmaq üçün kənd sakinləri səfərbər olub.Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, qarlı əraziyə doğru hərəkət edən heyvanın izini itirməməyə çalışan kəndlilər çətin hava şəraitinə baxmayaraq traktorlarla uzun müddət axtarış aparıblar.
Kənd sakinlərinin birgə səyi nəticəsində aparılan axtarışlar sonda müsbət nəticə verib və inək sağ-salamat tapılaraq yaxalanıb.
Yaşanan bu hadisə Koşapınar kəndində həmrəylik və qarşılıqlı yardımlaşma mədəniyyətinin güclü olduğunu bir daha nümayiş etdirib.
(Sonxeber.az) Bizim.Media Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.