Bütün kişi məclislərinə... Nigar Şabanova

11.06.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməkdar artist Nigar Şabanova verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
Demokrat.az “milli.az”a istinadla bildirir ki, xanəndə əvvəllər kişi məclislərində iştirak etməsə də, son dövrlərdə müəyyən şərtlər daxilində belə məclislərə qatıldığını qeyd edib.
Onun sözlərinə görə, bütün kişi məclislərinə dəvət qəbul etmir və seçim edərək iştirak edir. Nigar Şabanova qeyd edib ki, bununla bağlı özünəməxsus tələbi var, lakin həmin şərti efirdə açıqlamağı uyğun hesab etmir.
Sənətçi bildirib ki, bu məsələ ilə bağlı fikirlərini məclis sahibləri ilə əvvəlcədən danışıq zamanı bölüşür və yalnız şərtləri uyğun olduğu halda dəvətləri qəbul edir.
Xanəndənin bu etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər onun açıqlaması ilə bağlı müxtəlif fikirlər səsləndirərək mövzunu müzakirə ediblər.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью