Bütün komandalar dünya çempionatına fərqli hazırlaşır

30.05.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev dünya çempionatının 1/4 final mərhələsində İngiltərə üzərində 2:1 hesablı qələbə qazanaraq turnirin yarımfinalına yüksəldikləri oyunu şərh edib.

QOL.az xəbər verir ki, o, matçın yaxşı keçdiyini bildirib: 

"Mərhələlər keçdikcə daha güclü rəqiblər gəlir. Komandam yaxşı mübarizə apardı. Qalib gəldik, sevinirik. Yarımfinal matçına hazırlaşacağıq. Xeyirlisi olsun. Monteneqronu məğlub edə bilsək, çempionluq haqda danışmaq olar. Tanıdığımız komandadır. Amma bütün komandalar dünya çempionatına fərqli hazırlaşır".

Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Monteneqro ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью