Bütün komandaların heyəti bəllidi

02.01.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

20 yaşlı əlcəzairli pilot İsaak Hacarın “Formula-1” komandalarından RB ilə müqavilə bağladığı məlum olub.

"Football-plus.az" xəbər verir ki, 2025 mövsümü üçün bütün komandaların heyəti məlumdu. Onu da xatırladaq ki, dünya çempionatının yeni mövsümü martın 14-16-sı aralığında keçiriləcək Avstraliya “Qran-pri”si ilə start götürəcək. Mövsümə dekabrın 5-7-si aralığında keçiriləcək Əbu-Dabi mərhələsi ilə yekun vurulacaq.
“Formula-1” komandalarının 2025 mövsümü üçün heyəti
“Red Bull”: Maks Ferstappen (Niderland), Liam Louson (Yeni Zelandiya);
“Mersedes”: Corc Rassell (B.Britaniya), Andrea Antonelli (İtaliya);
“Ferrari”: Şarl Lekler (Monako), Lüis Hemilton (B.Britaniya);
“Maklaren”: Lando Norris (B.Britaniya), Oskar Piastri (Avstraliya);
“Aston Martin”: Fernando Alonso (İspaniya), Lens Stroll (Kanada);
“Alpin”: Pyer Qaslo (Fransa), Cek Duen (Avstraliya);
“Uilyams”: Aleksander Albon (Tayland), Karlos Sayns (İspaniya);
RB: Yuki Sunoda (Yaponiya), İsaak Hacar (Mərakeş/Fransa);
“Haas”: Oliver Berman (B.Britaniya), Esteban Okon (Fransa);
“Kik Zauber”: Niko Hülkenberq (Almaniya), Qabriel Bortoletto (Braziliya).
Əvvəllər “Red Bull”un şərəfini qoruyan Serxio Peres, Daniel Rikkyardo (RB) və Valtteri Bottas (Zauber) “Formula-1”dəki yerini itirib. Düzdü, “Mersedes” Bottası ehtiyat pilot kimi heyətinə qatdığını da elan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью