Bütün komandanın işidir Sabah la matçda dubl edən Borussiya nın forvardı

21.10.2026

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Borussiya"nın (Dortmund) hücumçusu Seru Girassi Çempionlar Liqasının üçüncü turunda Bakıda "Sabah" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, Bakıdakı görüşdə dubl edən forvard öz performansını da dəyərləndirib:

"Oyuna çox yaxşı başladıq və çox keyfiyyətli oyun sərgilədik. Sonra bir az yavaşladıq. Daha ardıcıl olmalıyıq. Mövsümün əvvəlindən özümü əla hiss edirəm. Bu görüşdə iki qol vurdum, amma dediyim kimi, buna təkbaşına nail olmaq mümkün deyil. Bu, bütün komandanın işidir. Yaxşı işimizi davam etdirməliyik. Bəzən çətin ola bilər, amma biz yüksək keyfiyyətli komandayıq və qalib gəlmək üçün belə oynamalıyıq".
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью