Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
MDB ölkələrinin liderləri mayın 9-da Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcəklər.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında birliyin baş katibi Sergey Lebedev bildirib.
"Bildirmək istəyirəm ki, MDB dövlət başçılarının hamısı mayın 9-da Moskvada təşkil olunacaq təntənəli mərasimlərdə iştirak edəcəklər", - o qeyd edib.