Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02.11.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az-ın xəbərinə görə, bir sıra valideynlər arasında bununla bağlı narazılıq yaranıb.

Bildirilib ki, “myGov” profilinin 7 yaşdan yuxarı hər bir uşaq üçün açılması istənilsə də, mobil cihazdakı bir tətbiqə bir neçə profilin əlavə edilməsi mümkün olmur. Bu da kiçik yaşlı uşaqlar üçün əlavə smartfonun alınması kimi tələb yaradır. 

“İndi uşaqlara telefon alaq? Olar ki, yeniləyəndə bir telefonda 3-4 profil əlavəsinə icazə verilsin?” – deyə şikayətlərin birində qeyd olunub.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “myGov” platforması mövcud təklifə cavab verib. Qurumdan bildirilib ki, “myGov” platformasında SİMA rəqəmsal imza vasitəsilə 7 yaşdan yuxarı şəxslərin qeydiyyatdan keçməsi mümkündür:

“Hazırda mobil tətbiqdə eyni cihaz üzərindən bir neçə istifadəçi profilinin əlavə edilməsi və profillər arasında keçid imkanları mövcud deyil. Bununla belə, qeyd edilən funksionallığın tətbiqə əlavə edilməsi ilə bağlı təklif qeydə alınaraq dəyərləndirilməsi üçün aidiyyəti komandaya yönləndiriləcək”.

Könül Vəliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью