525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misir hakimiyyəti Misir fironlarına məxsus 3 min yaşı olan qolbağın tapılması üçün ümummilli axtarış qərarı verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qolbaq Qahirədəki Misir Muzeyindən yoxa çıxıb.
Ölkənin Mədəniyyət nazirliyi qolbağın fotosunu yayıb. Hava limanlarında, portallarda, qurudakı sərhəd-keçid məntəqələrində ciddi axtarışlara başlanılıb.
Qeyd edək ki, qolbağın oğurlanması 170 min artefaktın saxlandığı muzeydəki növbəti inventarizasiya zamanı aşkar olunub.
L.Tağıyeva