Bütün müharibələrdə əli olan yalnız bir ölkə var Lemmi

04.12.2024

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda dünyanın müxtəlif bölgələrində baş verən müharibələrdə Rusiyanın əli var.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Devid Lemmi bildirib.

Krallığın baş diplomatı NATO ölkələrini bu kimi təhlükələrə qarşı müdafiə xərclərinə ciddi yanaşmağa çağırıb:

“Təhlükəli dövrdə yaşayırıq. Bütün dünyada gedən proseslərə - Avropa qitəsindəki müharibəyə, Yaxın Şərq və Sudanda baş verənlərə, indi də Suriyada genişlənən münaqişəyə baxdıqda, bu təcavüzlərdə əli olan bir ölkəni görürük – Rusiyanı”.

Lemmi Yaxın Şərqdə baş verən münaqişələrdən danışarkən, İranı da regionda aranı qatmaqda ittiham edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью