Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yanvarın 20-də Donald Tramp and içərək ikinci dəfə ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb.
Modern.az-ın məlumarına görə, o, açılış nitqində ABŞ-ın “qızıl dövrünün” başlandığını bildirib.
ABŞ-ın 47-ci prezidentinin əsas açıqlamaları aşağıdakılardır: - Enerji sektorunda enerji ehtiyatlarının çıxarılmasını stimullaşdırmaq üçün fövqəladə vəziyyət tətbiq ediləcək.
ABŞ qiymətləri aşağı salmaq üçün irimiqyaslı neft və qaz hasilatına başlayacaq.
- Digər dövlətlərdən rüsumları toplayacaq Xarici Gəlir Xidməti yaradılacaq.
- “Yaşıl sövdələşmə” başa çatacaq və elektriklə işləyən avtomobillərə məcburi keçid ləğv ediləcək.
- ABŞ Gücü bütün müharibələri dayandıracaq və dünyaya yeni birlik ruhu gətirəcək. - ABŞ Panama kanalına nəzarəti “geri alacaq”.