Bütün müttəfiqlər həmfikirdirlər Rütte

04.12.2024

Olke.az saytına istinadən Icma.az xəbər verir.

"NATO Ukraynanı alyansa dəvət etməyi deyil, yalnız Kiyevi silahla təmin etməyi müzakirə edir".

"Ölkə.az" xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rütte blok ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşü ərəfəsində mətbuat konfransında deyib.

O, alyans ölkələrinin xarici işlər nazirlərinin Kiyevi üzvlüyə dəvət etmək niyyətində olub-olmaları ilə bağlı jurnalistlərin sualını cavablandırıb.

"Biz bu iki gün də daxil olmaqla, hazırda ehtiyac duyulan şeyə diqqətimizi cəmləməliyik: Ukraynaya hərbi yardımın çatdırılması. Bu, onlar üçün son dərəcə vacibdir", - deyə Rütte bildirib.

O bir daha vurğulayıb ki, bütün müttəfiqlər Ukraynanın gələcəyinin NATO-da olduğu fikri ilə razıdırlar.

"Vaşinqtonda keçirilən sammitdə müttəfiqlər razılaşdılar ki, Ukraynanın gələcəyi NATO-dadır, həmçinin, Ukraynanın NATO-ya gedən yolu dönməzdir", - deyə o xatırladıb.

Rütte əlavə edib ki, alyans Kiyevi üzvlüyə yaxınlaşdırmağa çalışır.

"Bu, addım-addım baş verir", - deyə o qeyd edib.

Xatırladaq ki, Ukrayna hakimiyyəti Kiyevin yaxın gələcəkdə NATO-ya üzv olmaq arzusunu dəfələrlə bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью