Bütün olanlara baxmayaraq Nigar Fərhad yenidən efirdə VİDEO

01.04.2025

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün aparıcı Nigar Fərhadın "Kanal S"də yayımlanan verilişdə səsləndirdiyi “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” fikri müzakirələrə səbəb olub. Məsələyə Audiovizual Şura da münasibət bildirərək qeyd edib ki, araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir. Eyni zamanda, "Kanal S"in Baş direktor müavini Ramin Mustafayev Manset.az-a özəl açıqlamasında irəliləyən dəqiqələrdə Nigar Fərhad haqqında tədbir görüləcəyini bildirmişdi.

Manset.az xəbər verir ki, bu gün "Kanal S" də eyni saatda Nigar Fərhad yenidən canlı efirə çıxıb.

O, verilişdən öncə sosial şəbəkə hesabından status paylaşaraq qeyd edib ki,"Sözün bitdiyi an" efirdədi:

"Hər kəsi canlı efirdə gözləyirəm".

Qeyd edək ki, Nigar Fərhad dünən onun haqqında yazılan bütün fikirlərin incələndiyini qeyd edib. Təhqir yazan hər kəsin qanun qarşısında cavab verəcəyini bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Manset.az (@manset.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью