Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Yağıntıların azalmasından sonra Mərakeşdə məscidlər və namaz zallarında yağış duaları qılınıb.
“Qafqazinfo” xəbər verir ki, ölkənin Vəqflər və Dini İşlər Nazirliyinin məlumatına görə, bu çağırışı cümə günü Mərakeş Kralı VI Məhəmməd edib.
Paytaxt Rabatda keçirilən mərasimdən əvvəl sakinlər rəsmi şəxslərlə birlikdə Köhnə Rabat ərazisindən tarixi Həsən məscidinə doğru yürüş ediblər. Yürüşdə və yağış duasında Mərakeşin vəliəhd şahzadəsi Həsən bin Məhəmməd də iştirak edib.
Ölkənin müxtəlif şəhər və kəndlərində baş tutan mərasimlərə Quran əzbərləmək üçün istifadə olunan ənənəvi lövhələri daşıyan uşaqlar da qatılıb.