“Bütün ölkədə saathesabı işləyən bircə müəllimlərdir”

21.11.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bütün ölkədə saathesabı işləyən bircə müəllimlərdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişdə tamştatlı müəllimlərin işlərinə nəzarət mexanizmləri, islahatların gətirəcəyi neqativ hallarla bağlı suala cavabında deyib.

“Digər iş yerlərində çalışanlar bu və ya digər formada tamştatlı işləyirlər. O müəssisələrdə niyə işdən yayınma halları baş vermir?! Çünki müəssisə rəhbəri buna nəzarət edir. Müvafiq yoxlamalarla bunu həmişə müəyyən etmək mümkündür.

Biz az saylardan başlayırıq, 2027-ci ildə pilot layihə kimi bir neçə min olacaq, 20 min tamştatlı müəllim sayına 2030-cu ildə çatmaq istəyirik. Həmin məktəblərdə nəzarət də pilot olmalıdır, müəllimin qiymətləndirilməsi də olmalıdır.

Sistem belə işləyəcək: müəllimin illik saat yükü müəyyən olunur, deyilir ki, sən tamştatlı müəllimsən, bu qədər saatda bu işi görəcəksən, dərs deyəcəksən, bundan başqa, sənin bu işlərin var. Onların şərti olaraq nəticələri göstərilir: summativ testlər hazırlamaq, valideynlərlə görüşlərin sayı rəsmiləşdirilir və ya tədbirlərin təşkili öhdəliyi qoyulur. Yəni nəzarət mexanizmləri mümkündür. Bunu risk kimi qiymətləndirmirəm”, - nazir bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью