525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bakıda mənzil qiymətlərinin indiki səviyyəsi daşınmaz əmlak bazarının fundamental və əsaslı göstəriciləri ilə izah olunur və formalaşmış bir bazar var. Sadəcə, bəlkə deyək ki, əhalinin gəlirlərinin artım tempi mənzillərin qiymətlərinin artım tempini qabaqlayır. Bütün problem də bununla bağlıdır".
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bunu 525.az-a deyib.
Ekspert vurğulayıb ki, ciddi şəkildə torpaq məhdudlaşır, əhali artır, torpaq məhdudlaşır, azalır, torpağın qiyməti artır, tikinti komponentlərində qiymət artımı baş verir:
"Qiymətlər iqtisadiyyata uyğundurmu? Bəli, uyğundur. Birmənalı şəkildə demək olar ki, uyğundur. Sadəcə, bəlkə dediyim kimi, əhalinin də durumu, onun iqtisadi vəziyyəti, aylıq əməkhaqları, orta aylıq əməkhaqları və minimum əməkhaqlarının artım tempi mənzillərin qiymət artımı tempinə çatmalıdır. Bu istiqamətdə aparılan işlərin və həyata keçirilən hər bir iqtisadi layihənin nəticəsi olaraq böyük ümidlər var ki, bu istiqamətdə ciddi nəticələr olacaq”.
Sevinc Qarayeva