Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin təsnifat mərhələsində səkkizinci nəticəni göstərən "Red Bull Racing"in niderlandlı pilotu, dördqat dünya çempionu Maks Ferstappen dövrəni tamamlamaq üçün maksimal sürətin çatmadığını bildirib.
Redaktor.az "f1News"a istinadən xəbər verir ki, Ferstappenin sözlərinə görə, maksimal sürətin çatışmaması səbəbindən o, komanda yoldaşı Ayzek Hacarla müqayisədə hər dövrədə yarım saniyə vaxt itirib.
"Bu, birinci problemdir. İkinci problem finalda (təsnifat mərhələsinin üçüncü hissəsində – red.) sürətli dövrədən əvvəlki dövrənin ortasında batareyanın şarj olunmaması idi. Nəticədə mən cəhdə yarıboş batareya ilə başladım və cəhdi yarımçıq dayandırmalı oldum, bu isə təkərlərin soyumağa başlamasına səbəb oldu. Bütün bunlar üst-üstə gələrək final cəhdinə təsir etdi. Bütün bu amillər də belə bir nəticəyə gətirib çıxardı", - o qeyd edib.
"Red Bull" pilotu vurğulayıb ki, niyə belə problemlərin yarandığını bilmir:
"Heç bilmirəm niyə belə alındı, axı biz bütün həftəsonu sürətli idik. Lakin bütün bu problemlərə görə təsnifat mərhələsi fəlakətə çevrildi. Görək, yarışda (26 sentyabr – red.) nə edə biləcəyik".