Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Baywatch” serialının ulduzu Pamela Anderson 1990-cı illərin sonunda ona qoyulan “Hepatit C” diaqnozunun həyatına necə təsir etdiyini danışıb.
OLAY yazır ki, aktrisanın sözlərinə görə, həmin vaxt həkim ona təxminən 10 il ömrünün qaldığını deyib.
“Bu, ölüm hökmü idi” deyə Anderson həmin günləri xatırlayıb. O dövrdə “Hepatit C” üçün effektiv müalicə mövcud olmadığından, aktrisa ilk növbədə azyaşlı uşaqlarının gələcəyi üçün narahat olub.
2011-ci ildə yeni müalicənin ortaya çıxmasından sonra Anderson infeksiyadan xilas olmaq imkanı əldə edib. 2015-ci ildə isə “Hepatit C”dən tamamilə sağaldığını açıqlayıb. Bununla belə, aktrisa yaşadıqlarının emosional təsirinin hələ də davam etdiyini bildirib.
Anderson müalicə üçün bütün yığdığı pulu xərclədiyini də açıqlayıb.