Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bütün Qəzza zolağının ələ keçirilməsinə və intensiv döyüş əməliyyatlarının bərpasına çağırıb.
Modern.az xəbər verir ki, nazir İsrail ordusunun bunu bir neçə həftə ərzində həyata keçirə biləcəyini iddia edib.
“Bütün Qəzza zolağını fəth etməyi, daha doğrusu, azad etməyi arzulayıram. Qəzzanın tamamını geri qaytarmağı arzulayıram, çünki bütün bu ərazi bizə məxsusdur”, – Ben-Qvir bildirib.
Nazir bütün Qəzza zolağının ələ keçirilməsinin zəruri olduğunu deyib:
“Praktiki baxımdan İsrail ordusu bunu bir neçə həftə ərzində edə bilər. İntensiv döyüş əməliyyatlarına qayıtmalıyıq”.