Bütün qitələr birləşəcək, Yer yaşanmaz olacaq Alimlər

19.11.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

250 milyon ildən sonra Yer planetinin bütün qitələri birləşərək ümumi bir super-qitə təşkil edəcək, onun səthinin cəmi 8-16 faizi həyat üçün yararlı olacaq.

Axar.az xəbər verir ki, bu barədə alimlərin gəldiyi qənaəti “Nature Geoscience” jurnalı yayıb.

Yeni yaranan super-qitə “Pangea-Ultima” adlanacaq. Həmin meqa torpağın iqlimi xeyli dəyişəcək. Bu, məməlilərin, o cümlədən insanların mövcudluğu üçün son dərəcə çətin şərait yaradacaq.

Pangea-Ultimada havanın temperaturu 40-50 dərəcə, bəzi ərazilərdə 70 dərəcəyədək isti təşkil edəcək. Bunun səbəbi bəzi quru sahələrin okeandan çox uzaq olmasıdır. Bundan əlavə, günəş aktivliyi 2,5 faiz artacaq ki, bu da planetin “istiləşməsini” gücləndirəcək. Vulkanik aktivlik də artacaq və nəticədə atmosferdə karbon qazının miqdarı çoxalacaq.

İstər sahilyanı ərazilər, istərsə də qütb zonaları həyat üçün əlverişli olacaq və bəşəriyyət, əgər o dövrə hələ də qorunub saxlanılırsa, yeni yaşayış şəraitinə öyrəşməli olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью