Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şair Nazilə Səfərli Əməkdar artist Fərqanə Qasımovanın bir neçə gün əvvəl toyu olan qızı Mövlanənin sosial şəbəkədə viral olan açıqlamasından danışıb.
Axşam.az xəbər verir ki, Mövlanə müsahibə zamanı "Bu günə kimi gözüm heç nədə qalmayıb, ailəm hər şeyimi yüksək səviyyədə təmin edib. Eyni rahatçılığı, gözəlliyi Fəriddən tələb edirəm və arzulayıram. Ümid edirəm ki, o da mənə nəyi necə edim dedirtməyəcək" sözləri gündəm olub.
Bir çoxları Mövlanəni tənqid edib, bəziləri isə dəstək olub.
Nazilə isə bununla bağlı paylaşım edərək, Mövlanəni haqlı hesab etdiyini bildirib:
"Qız şərtini kəsib, düpbədüz deyib. Deməlidir ki, atam, anam mənə hər şey edib, zərziba ilə böyüdülən qızı apar zibil et? Sakit durub, bir uşaqdan sonra camaatın başında turp əkməlidir? Bütün qızlar belə olmalıdır. Özgüvən... Qoyaq başımıza çıxasınız? Belə qızdan bilirsən ki, nə gözləyirsən. Qorx özünü mələk kimi aparandan. Sonra altdan elə sular axıdır ki, xəzər yalan olur".