Bütün rayonlarda Şəhidlər Muzeyi yaradılmalıdır

17.12.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Düşünürəm ki, bütün rayonlarda Şəhidlər Muzeyi yaradılmalıdır”. 

Bu sözləri Ölkə.Az-a açıqlamasında Qarabağ qazisi Rey Kərimoğlu şəhid adlarının əbəbdiləşdirilməsi mövzusunda danışarkən deyib.

“Məsələn, Bakının rayonlarında Səbail, Xətai, Nizamidə və ya bölgələrdə olan şəhidlərin  muzeyi yaradılsa və həmin muzeydə o rayondan şəhid düşmümş şəxslərin əşyaları sərgilənsə, yaxşı olar. Ailə üzvləri, yaxınları da şəhidin fotosu, videosu, onun xatirə əşyalarını aparıb həmin muzeyə qoymalıdır. Orada bir elektron sistem yaradılmalıdır ki, videoları, şəkilləri muzeydə zaman-zaman gedib görəsən.

Şəhidlərlə bağlı məsələyə Hamımız diqqətlə yanaşmalıyıq. elə olsa, problemlər də öz həllini tapar”, - deyə o əlavə edib.

Billurə


 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью