Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq. “Son illərdə təhsil sahəsində ölkə miqyasında bir sıra böyük layihələr icra olunub.
Bu layihələrin bir çoxu yalnız tədris yönümlü deyil, həm də sosial xarakter daşıyır”.
Bu fikirləri təhsil eksperti, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri KONKRET.az-a açıqlamasında səsləndirib.
Beynəlxalq təcrübələrdə təhsilin inkişafı üçün sosial dəstək mexanizmlərinə xüsusi önəm verilir: “Bir çox ölkələrdə uşaqların təhsilə cəlb olunması məqsədilə dövlət onların sosial təminatını gücləndirir.
Məsələn, bəzi ölkələrdə dərs ilindən əvvəl hər şagirdə planşet paylanılır.
Bu, təkcə tədris deyil, sosial dəstək baxımından da mühüm addımdır”.
Ekspertin sözlərinə görə, Azərbaycanda da gələcəkdə bu istiqamətdə yeni addımların atılması gözlənilir və məktəbli formalarının dövlət tərəfindən qarşılanması da istisna deyil: “Çox istərdik ki, orta təhsil seqmentimizdə bu cür nümunələrin sayı artsın.
Yaxın gələcəkdə məktəbli formalarının dövlət hesabına təmin olunacağı da mümkündür.