Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müğənni Rafet El Roman süni intellektlə hazırlanan mahnıların müəllif hüquqları və sənətçilərin gəlirlərinə təsirindən danışıb.
Sənətçi son aylarda müəllif gəlirlərinin və mahnılarının baxış saylarının azaldığını bildirib.
“Son günlər süni intellektlə hazırlanan mahnılar bizim üçün müəllif hüquqları və gəlir baxımından ciddi problemlər yaradır. Son aylarda müəllif gəlirimin və baxış saylarımın azaldığını deyə bilərəm. Yəqin ki, digər sənət adamlarında da belədir” deyə, Rafet El Roman bildirib.
Müğənni süni intellektin sürətlə inkişaf etdiyini və internet vasitəsilə hazırlanan məzmunların daha geniş auditoriyaya çatdırıldığını vurğulayıb:
“Süni intellekt hər gün özünü inkişaf etdirir. İnternet isə onları daha önə çəkir və insanların qarşısına çox çıxarır. Əmək sərf edən insanların hüquqları tapdalanır. Buna son verilməlidir. Ölkəmizdə faydalı qaydalar yaradılmalıdır”.
Rafet El Roman həmkarlarını da bu məsələdə birlikdə mübarizə aparmağa çağırıb:
“Bütün sənətçilərə səslənirəm. Bir olub səslənməliyik, qaydalar tətbiq olunmalıdır. Müəlliflərin hüquqları qorunmalıdır”.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Sənətçi son aylarda müəllif gəlirlərinin və mahnılarının baxış saylarının azaldığını bildirib.