Bütün sosial ödənişlər kart hesablarına KÖÇÜRÜLDÜ

24.07.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

ƏƏSMN-dən Modern.az-a verilən məlumata görə, fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bildirilib ki, bundan əvvəl iyulun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyulun 22-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları ödənilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью