”Bütün təşkilatların mediaya ehtiyacı var” Nizami Cəfərov

12.02.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət qurumları, ictimai birliklər arasında əlaqələrin sıx olması vacibdir.

Bu sözləri News24.az-a açılmasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov yeni yaradılmış Kommunikasiya İctimaiyyətlə Əlaqələr və Media Mərkəzinin təqdimatında deyib.

Onun sözlərinə görə, yalnız Azərbaycan miqyasında yox, həm də Türk dünyasında mətbuatın, medianın ümumi mövqeyinin olması üçün Kommunikasiya İctimaiyyətlə Əlaqələr və Media Mərkəzi kimi təşkilatın olması müsbət amildir. 

"Ortaq ünsiyyət, ortaq münasibətlər baxımından uğurlu addım ola bilər. Təcrübəmdə də görmüşəm ki, bütün təşkilatların mediaya ehtiyacı var. Çox yaxşı ki hazırda bu sahədə kifayət qədər gənclər var. Onların müzakirə aparıb gördükləri işlərin nəticəsini daha da aydın görməlidirlər”, - deyə o bildirib.

Ağa Dadaşzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью