Bütün Türkiyənin axtardığı hindli Ərdoğandan üzr istədi VİDEO

03.06.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bir neçə gündür sosial şəbəkələrin Türkiyə seqmentində videoları ilə gündəm olan və demək olar, bütün ölkənin axtardığı hindistanlı mühacir bloger Malik Svaşbakler yeni görüntülər yayımlayıb. 

Globalinfo.az xəbər verir ki, Svaşbakler Türkiyədə yaşadığı 1 il ərzində qızları videoya çəkib onları hind dilində təhqir edib.

O, hətta türk qızlarını cinsi istismar etmək istədiyini söyləyib. Lakin görüntülərdəki qızlar Malikin dediklərini anlamayıblar. Bloger görüntüləri öz sosial şəbəkə hesablarında yerləşdirdikdən sonra videolar Türkiyə seqmentində də yayılmağa başlayıb. Beləliklə, onun əslində nələr dediyi ortaya çıxıb. Sözügedən görüntülər Türkiyə ictimaiyyətində rezonans doğurub və sürətlə yayılıb. Bir çoxları blogeri axtarmağa başlayıblar.

Daha sonra Malikin Türkiyə polisi tərəfindən saxlanıldığı iddia edilsə də, məlumat tam təsdiqini tampayım. Sözügedən şəxs iyunun 2-də yeni bir video paylaşaraq etdikləri üçün Türkiyə xalqı və Prezident Rəcəb Tayyib Ərdoğandan üzr istədiyini bildirib. Bu videoları isə sadəcə gülmək məqsədilə çəkdiyini deyib.

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью