Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranda zənginləşdirilmiş uranın hamısı dağıntıların altında qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O qeyd edib ki, İranın Nüvə Enerjisi Agentliyinin mütəxəssisləri bu materialların hazırkı vəziyyətini və əldə edilməsi məsələsini nəzərdən keçirir.
Qiymətlərindirilmə prosesi başa çatdıqdan sonra İranın Nüvə Enerjisi Agentliyi hesabat hazırlayaraq onu Milli Təhlükəsizlik üzrə Ali Şuraya təqdim edəcək.
Qeyd edək ki, 12 günlük İran-İsrail müharibəsində ABŞ qırıcıları İranın nüvə obyektlərinə aviazərbələr endirib.