Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yaşananlar məni çox üzdü. Kaş ailələr arasında belə problemlər yaşanmayaydı. Vəsiyyətimi hələ hazırlamamışam, amma bəlkə gələcəkdə hazırlayaram.
Kult.az xəbər verir ki, bunu türkiyəli məşhur müğənni Orxan Gəncəbay mirası və vəsiyyəti barədə danışarkən deyib.
“Mənim çox gözəl ailəm var. Bütün var-dövlətim onlara məxsusdur. Ailəm üçün canımı verərəm. Şükürlər olsun ki, hər kəsə çatacaq qədər maddi və mənəvi imkanımız var.
Həyatımın filmə çəkilməsini istəmirəm. Çünki hadisələr yanlış və təhrif olunmuş şəkildə təqdim edilə, haqqımda fərqli fikirlər formalaşa bilər”, – deyə sənətçi bildirib.
Son vaxtlar məşhurların vəfatından sonra miras üstündə yaranan mübahisələrə münasibət bildirən Gəncəbay bu cür hadisələrin onu kədərləndirdiyini deyib.