Bütün xəstəxanalarda onlayn növbə sistemi təşkil ediləcək AzPolitika onlayn siyasiictimai qəzet

12.12.2024

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Artıq Bakı və regionlardakı bəzi xəstəxanalarda onlayn növbə sistemi təşkil edilib".

APA xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Qısa müddətdə bütün ölkə üzrə xəstəxanalarda onlayn növbə sistəmi təşkil ediləcək", - deyə o qeyd edib.

Ölkə üzrə epidemioloji vəziyyətlə bağlı sualı cavablandıran Vüqar Qurbanov deyib ki, tibb müəssisələrində epidemioloji vəziyyətlə bağlı təcili tibbi xidmətə müraciətlərdə kəskin artım yoxdur:

"Hazırda kəskin respirator xəstəliklərin yayılması müşahidə olunsa da, xəstəxanalara müraciət sayı normal səviyyədədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью