Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyanın ən böyük rəqəmsal musiqi platforması olan "Spotify" bütün dövrlər üzrə dinləmə rekordlarını yeniləyən mahnıların rəsmi reytinqini təqdim edib.
"Cebheinfo.az" xəbər verir ki, platforma tarixində dinləmə sayına görə mütləq lider kanadalı müğənni The Weeknd-in ifa etdiyi "Blinding Lights" mahnısıdır. 5,7 milyarddan çox dinləmə toplayan bu hit hələ də birinciliyini qoruyur.
İkinci pillədə britaniyalı ulduz Ed Sheeran-ın məşhur "Shape of You" (5,2 milyard), üçüncü yerdə isə "The Neighbourhood" qrupunun "Sweater Weather" (5 milyarddan çox) mahnısı qərarlaşıb.
Reytinqin ilk onluğunda həm The Weeknd, həm də Ed Sheeran iki mahnı ilə təmsil olunaraq xüsusi rekorda imza atıblar.
"Spotify" tarixinin ən çox dinlənilən 10 mahnısını təqdim edirik:
1. The Weeknd – "Blinding Lights"
2. Ed Sheeran – "Shape of You"
3. The Neighbourhood – "Sweater Weather"
4. The Weeknd ft. Daft Punk – "Starboy"
5. Harry Styles – "As It Was"
6. Lewis Capaldi – "Someone You Loved"
7. Post Malone & Swae Lee – "Sunflower"
8. Drake ft. Wizkid & Kyla – "One Dance"
9. Ed Sheeran – "Perfect"
10. The Kid LAROI & Justin Bieber – "Stay"
Qeyd edək ki, platformanın 20 illik fəaliyyəti dövründə istifadəçilər ümumilikdə 1,2 trilyon saatdan çox audio kontent dinləyiblər. Siyahıda yer alan bütün mahnılar "Milyardlar Klubu"nun (Billions Club) ən yüksək pillələrində qərarlaşıb.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin