Buvaysar Saytiev Dağıstanda dəfn edilib

04.03.2025

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Buvaysar Saytiev Dağıstanda dəfn edilib


Sərbəst güləş üzrə üçqat Olimpiya çempionu Buvaysar Saytiyev çərşənbə axşamı, martın 4-də Dağıstan Respublikasının Novokuli kəndində dəfn edilib. Bu barədə “TASS” məlumat yayıb.
Mənbənin sözlərinə görə, vida mərasimində bir neçə min insan iştirak edib. İdmançılar, dövlət rəsmiləri, deputatlar, ictimai xadimlər, Çeçenistan və Dağıstan sakinləri vidalaşmaq üçün qəbiristanlığa gəliblər.
Saytiev bazar günü, martın 2-də vəfat edib, ürəyində problem olub. Titullu güləşçinin 49 yaşı var idi.
Buvaysar Saytiev - üçqat Olimpiya çempionu (1996, 2004, 2008), altı qat dünya çempionu (1995, 1997, 1998, 2001, 2003, 2005), altı qat Avropa çempionu (1996, 1997, 1998, 2000, 2001, 2006), dördqat Rusiya çempionu olub.
Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью