Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Buxaq problemi ilə qadınların bir çox hissəsi rastlaşır.
Buxağın əmələ gəlmə səbəbləri arasında: piylənmə, düzgün olmayan qamət, hündür yastıqda yatmaq vərdişi, irsiyyət.
Buxaq qadının xarici görünüşünü korlayır, onu daha yaşlı göstərir.
Buxaqdan qurtulmaq üçün məsləhətlərimizdən istifadə edə bilərsiniz: - Buxaqdan qurtulmaq üçün ilk növbədə qamətinizi düzəldin.
Bu heç zaman gec deyil. Qamətinizə daim fikir verin. - Çəkinizi azaltmağa çalışın. - Hündür yastıqda yatmayın.
Yuxu zamanı çiyinləriniz döşəyin üzərində olmalıdır, boynunuz qabağa əyilməməlidir.
- Buxaqdan qurtulmaq üçün xüsusi dartıcı maskalardan istifadə edin.
1 xörək qaşığı ağ kosmetik gili az miqdarda sərin suda həll edin və qalın qatla buxaq nahiyəsinə çəkib uzanın.