Buxarada “Arşın mal alan”

16.10.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Buxarada keçirilən “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi” çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppası tərəfindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettası nümayiş etdirilib.

Buxara Dövlət Universitetində təşkil olunan tədbirdə Buxaranın ictimaiyyət nümayəndələri, universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli qeyd edib ki, mərkəz Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin Özbəkistanda tanıdılması istiqamətində ardıcıl layihələr həyata keçirir və bununla da iki qardaş xalq arasında mədəni əlaqələrin daha da zənginləşməsinə xidmət edir.

Universitetin rektoru Obidjon Hamidov Azərbaycan və Özbəkistan arasında çoxəsrlik dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək, belə mədəni tədbirlərin xalqlarımızın bir-birinin zəngin ədəbi və mədəni irsini daha yaxından tanıması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Daha sonra operetta nümayiş etdirilib və böyük maraqla qarşılanıb.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Buxara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью