Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Özbəkistanın qədim Buxara şəhərində Fransız Mədəniyyəti Aylığı start götürüb.
XQ xəbər verir ki, oktyabrın 2-dən 31-dək davam edəcək proqram çərçivəsində şəhərin tarixi məkanlarında konsertlər, rəqs nümayişləri, film gecələri, sərgilər və müxtəlif mədəni tədbirlər keçirilir.
Tədbirlərin bir hissəsi Buxaranın qədim Ark qalası, Poi-Kalyan kompleksi və Sitorai-Mohi-Xosa sarayı kimi tarixi məkanlarında təşkil olunur.
Ay ərzində Fransa və Özbəkistanın mədəniyyət nümayəndələrinin iştirakı ilə görüşlər və təqdimatlar da keçiriləcək. Proqramda mədəni irsin qorunması və bərpası ilə bağlı müzakirələrə də yer verilib.
Layihənin diqqətçəkən tədbirlərindən biri oktyabrın 23–25-də keçiriləcək “Painting Mirror” rəqəmsal incəsənət layihəsidir. Burada fransız rəngkarlığı, qrafika, küçə sənəti və süni intellekt texnologiyalarının imkanları bir araya gətiriləcək.
Fransız Mədəniyyəti Aylığının keçirilməsi Buxaranın zəngin tarixi irsi ilə müasir Avropa mədəniyyətini bir araya gətirən layihə kimi təqdim olunur.