Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Buxarest hava limanında bomba həyəcanı təkzib edilib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Buxarestin Anri Koanda adına beynəlxalq hava limanında Milan-Buxarest reysi ilə eniş edən "Wizz Air" təyyarəsində bomba olması barədə məlumat təsdiqlənməyib. Rumıniya İnformasiya Xidmətinin yoxlamalarından sonra təhlükənin əsassız olduğu bəlli olub.
Hadisə zamanı hava limanında krizis mərkəzi yaradılıb, təyyarədəki 182 sərnişin və 7 heyət üzvü təhlükəsiz şəkildə terminala təxliyə edilib.
Zeynəb Rzayeva