Buxarest metrosu bağlana bilər

19.08.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rumıniyanın paytaxtı Buxarestdə metronun fəaliyyəti dayandırıla bilər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb "Metrorex"in metropoliteni elektrik enerjisi ilə təchiz edən "Hidroelectrica" şirkətinə 3 milyon avro borcun yaranmasıdır.

"Metrorex" 3 aydır ki, istifadə etdiyi elektrik enerjisinə görə 1 sent də ödəniş etməyib. Bu üzdən qarşıdakı günlərdə metropolitenə enerjinin verilməsi dayandırıla bilər.

Rumıniyanın nəqliyyat nazirinin səlahiyyətlərini icra edən Radu Mirutse vəziyyəti şəxsi nəzarətinə götürüb. Güman ki, metropoliten borcu hissə-hissə ödəyəcək. "Metrorex" rəhbərliyində dəyişikliklər də gözləniləndir.

Qeyd edək ki, Buxarest metropolitenində 5 xətt üzrə 64 stansiya var. 80,1 km uzunluğu olan metrodan gün ərzində 700 mindən çox sərnişin istifadə edir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью