Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yay aylarında artan temperatur orqanizmin maye ehtiyacını yüksəldir. Mütəxəssislər susuzluğun qarşısını almaq üçün suyun düzgün şəkildə qəbul edilməsinin vacib olduğunu bildirirlər.
Demokrat.az bildirir ki, həddindən artıq soyuq su əvəzinə otaq temperaturunda və ya azca sərin su içmək daha faydalıdır. Suyun gün ərzində az-az və tez-tez qəbul edilməsi bədənin maye balansını qorumağa kömək edir.
Susuzluğu azaltmaq üçün suya limon, nanə və ya xiyar əlavə etmək də tövsiyə olunur. Bu əlavələr suya dad verməklə yanaşı, təravət hissi yaradır.
Mütəxəssislər şirin qazlı içkilər və enerji içkiləri əvəzinə ayran, mineral su və şəkərsiz kompotlara üstünlük verilməsini məsləhət görürlər. Bu içkilər həm maye, həm də mineral itkisini bərpa etməyə kömək edir.
Qidalanmada isə qarpız, yemiş, xiyar və pomidor kimi su tərkibli məhsulların istehlakının artırılması tövsiyə olunur. Eyni zamanda qəhvə və tünd çay kimi kafeinli içkilərin miqdarını azaltmaq məsləhət görülür.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az bildirir ki, həddindən artıq soyuq su əvəzinə otaq temperaturunda və ya azca sərin su içmək daha faydalıdır. Suyun gün ərzində az-az və tez-tez qəbul edilməsi bədənin maye balansını qorumağa kömək edir.