Buz kütləsi qopdu Balıqçılar çətin vəziyyətdə qaldı FOTO

28.02.2025

Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Rusiya xilasetmə qrupları Saxalin adasının sahillərində buz parçasının qopması nəticəsində dənizdə qalan 374 balıqçını xilas edib.

Medicina.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çətin şəraitə baxmayaraq xilasetmə qrupları balıqçıları təhlükəsiz şəkildə ərazidən çıxarıb.

Hadisədən sonra aparılan araşdırmalar nəticəsində can itkisinin olmadığı və bütün balıqçıların sağlamlıq durumlarının stabil olduğu bildirilib.

Nazirlikdən qeyd olunub ki, əməliyyat uğurla başa çatıb və balıqçılar sağ-salamat quruya çıxarılıb.


Aygün

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью