Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq. Ötən gün axşam saatlarında bəzi yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verm
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsi, Milli Gimnastika Arenasının qarşısı, körpüdən “Koroğlu” m/st istiqamətində hərəkət edən yük avtomobili yolun buzlu olması səbəbindən sürüşüb və sürücü qəzadan son anda xilas ola bilib.
Bununla yanaşı, digər bir yol-nəqliyyat hadisəsi isə Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində qeydə alınıb: "Burada da minik avtomobillərindən birinin yolda sürüşməsi qəzanın baş verməsinə səbəb olub və yolda sıxlıq yaranıb".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.