“Buzda futbol oynamaq yaxşı olmadı” Cavid Hüseynov

14.12.2024

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XVII turunun “Şamaxı” – “Səbail” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– İki komanda üçün də vacib oyun idi. Sonuncu yerdəyik və istəyirdik ki, qələbə qazanaq. Bir xalla dönürük. Meydançanın vəziyyəti futbol oynamağa imkan vermirdi. Düşünürəm ki, öncədən hava şəraitini bilirdik və xəbərdarlıq da edilmişdi. Tez hazırlıq görmək olardı. Belə havada, buzda futbol oynamaq yaxşı olmadı. Bir xalla kifayətləndik, önümüzə baxacağıq. Qarşıda “Zirə” ilə çətin oyun var. Yaxşı nəticə üçün çalışacağıq.

– “Şamaxı” sabiq klubunuzdur. Hansı hissləri keçirdiniz?
– Hər rəqib mənim üçün eynidir. Artıq dördüncü matçı keçirdik. Qələbə istəyirdim, amma səbirli olmaq lazımdır.

– “Şamaxı” tərəfinin özünün stadionun təmizlənməsinə maraqlı olmadığını demək olar?
– Bu haqda nəsə demək doğru olmaz.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Premyer liqa “Araz-Naxçıvan” “Sabah”a qarşı – YENİLƏNİR

14 Dekabr 2024, 16:18

Əsas xəbərlər, Premyer liqa Şamaxıda “sülh”

14 Dekabr 2024, 16:15

Əsas xəbərlər, Premyer liqa Şamaxıda heyətlər məlum oldu

14 Dekabr 2024, 13:14

Əsas xəbərlər, Manşet, Premyer liqa Tura baxış: “Neftçi”də 1-2 oyunçudan başqa özünəinamlı oynayan yoxdur”

11 Dekabr 2024, 10:15

Əsas xəbərlər, Manşet, Premyer liqa Tura baxış: lider dəyişdi, autsayder dəyişmədi

10 Dekabr 2024, 10:36

Əsas xəbərlər, Premyer liqa Tovuzda fərqli hissələr

10 Dekabr 2024, 8:01

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью