Buzlamış gölməçədən keçmək istəyən şəxslər suya düşdü, biri canından oldu ANBAAN VİDEO Xəbər saytı Son xəbərlər və Hadisələr

03.12.2024

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Moskvada iki nəfər buzlamış gölməçənin üzərindən keçərək kəsə yolla getmək istəyərkən suya düşüb.

BAKU.WS xəbər verir ki, onların qaçmaq cəhdinin videosunu "Mash" teleqram kanalında yayımlayıb.

Kadrlarda kişilərin sahildən bir neçə metr aralıda nazik buzun üzərində süründüyü, lakin hər dəfə səthdə qalmağa çalışsalar da suya düşdüyü görünür.

Daha sonra hadisə yerinə gələn şahidlər və fövqəladə hallar işçiləri zərərçəkənlərə yardım göstərib. Buna baxmayaraq yalnız bir moskvalı suyun səthində qala bilib.

Belə ki, suya düşən kişilərdən yalnız biri xilas edilib. Digər şəxsin cəsədi sudan çıxarılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью