Buzlaq altında sirli şəhər aşkarlandı

03.12.2024

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NASA alimləri Qrenlandiyanın buzları altında soyuq müharibə dövründən qalma hərbi baza aşkar ediblər.

Lent.az xəbər verir ki, baza aprel ayında tapılsa da, NASA bu barədə bazar ertəsi məlumat yayıb.
Bir neçə ay əvvəl alim Çad Qrin mühəndislərlə birlikdə Qrenlandiya buz təbəqəsində radar alətinin işini izləyərkən buz altnda “şəhər” tapıb.

NASA-nın Reaktiv Hərəkət Laboratoriyasından (JPL) Aleks Qardner bildirib ki,  "buz altındakı şəhər" 1959-cu ildə ABŞ Ordusu Mühəndislər Korpusu tərəfindən tikilib. Bu buz qatında tunellər şəbəkəsi yaradılıb, lakin baza 1967-ci ildə tərk edilib və o, qar təbəqələri altında gizli qalıb. Obyekt hazırda səthdən 30 metr aşağıda yerləşir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью